Fələstin İnsan Haqları Mərkəzi qəzzədə yoxsulluğun artmasından nigaranlıq edib.
Arannews- Fələstin İnsan Haqları Mərkəzi sionist rejim tərəfindən Qəzzə zolağının mühasirəsinin davam etməsinə görə, bu bölgədə yoxsulluğun artmasından nigaranlıq edib.Fələstin İnsan Haqları Mərkəzi Qəzzə zolağının vəziyyəti barəsində hesabat verərək bildirib: Sionist rejim on ildir davam edən Qəzzə zolağının dəniz və quru mühasirəsi ilə bölgə sakinlərinin iqtisadi, ictimai və mədəni hüquqlarını açıq-aşkar şəkildə pozur və bu məsələ təxminən 1,8 milyon fələstinlinin həyatını acınacaqlı etmişdir.
Bu mühasirə Qəzzə zolağında yoxsulluğun 38,8% artmasına səbəb olub. Onun 21,1%-i ağır yoxsulluq içindədir və yoxsulluq səviyyəsi son aylar ərzində 44%-ə çatmışdır.
Təxminən ötən 10 il ərzində Qəzzə zolağının mühasirəsinə görə, 100 mindən çox fələstinli bölgədə ev-eşiksiz və başsız qalmışdır. Bölgə əhalisinin üçdə birini didərginlər təşkil edir.
Qəzzə sakinlərinin 44%-nin qida təhlükəsizliyi yoxdur və 80% isə humanitar yardımlardan asılıdır.
Dəhşətli statistikalara baxmayaraq, BMT, xüsusilə bu təşkilatda təhlükəsizlik məsuliyyətini yerinə yetirən Təhlükəsizlik Şurası Qəzzənin mühasirəsinə son qoymaq üçün sionist rejiminin cinayətkar hərəkətinə qarşı heç bir addım atmayıb.
Sionist rejim 2007-ci ildən Qəzzə zolağının mühasirəsini sərtləşdirib və əsaslı məhsullar, o cümlədən yanacaq və dərmanın bu bölgəyə daxil olmasının qarşısını alır.