Avropa Birliyinə üzv ölkələr, o cümlədən Fransa, Almaniya, Norveç və Belçikada 352 insan haqları və humanitar yardımlar təşkilatı, kilsəyə dəstək qrup, ticarət birliyi, siyasi partiya...
Arannews- Yaşıl qitədə 350-dən çox qrup Avropa Birliyindən istəyib ki, sionist rejimini insan haqlarının pozulması halları qarşılığında təqsirkar hesab etsin və sionist rejim məhsullarının boykot edilməsi beynəlxalq kampaniyaya qoşulsun.Avropa Birliyinə üzv ölkələr, o cümlədən Fransa, Almaniya, Norveç və Belçikada 352 insan haqları və humanitar yardımlar təşkilatı, kilsəyə dəstək qrup, ticarət birliyi, siyasi partiya bu müraciəti imzalamışdır.
Bu qruplar öz məktublarında həmçinin Avropa Birliyini "Təcrid, investisiyadan çəkinmək və sionist rejiminə boykot" kampaniyasında iştirak edən şəxs və qurumların müdafiə etməyə çağırıblar.
Bu kampaniya sionist rejimin qanuniliyini məchul vəziyyətlə üzləşdirib və bu rejimin bütün məhsullarının boykot edilməsinə çalışır.
"Təcrid, investisiyadan çəkinmək və İsrailə boykot" beynəlxalq hərəkatı 2015-ci il iyul ayında Fələstinin tərəfdarı olan 171 təşkilat tərəfindən başlanıb və sionist rejimin beynəlxalq qanunlara öhdəliyini yerinə yetirən zamana qədər bu rejimə qarşı müxtəlif boykot formalarının tətbiq olunmasını istəyir.
O tarixdən indiyə qədər dünyada minlərlə könüllü Fələstin xalqının amalına kömək məqsədi ilə bu kampaniyaya qoşulub.