Tarix : 2016 May 21
Kod 48924

İŞİD-dən dəhşətli cinayət

İŞİD terror qruplaşması 25 iraqlını nitrat turşusunda edam edib.
Arannews- İŞİD terror qruplaşması İraqda daha bir dəhşətli cinayət törədib.
İŞİD terror qruplaşması Neynəva əyalətinin mərkəzi olan Mosul şəhərində 25 iraqlını nitrat turşusunda edam edib.
İraq mənbələrinin verdiyi məlumata görə, terrorçular ilk öncə edam ediləcək şəxslərin əllərini və ayaqlarını bağlayıblar. Daha sonra onları nitrat turşusu ilə doldurulmuş hovuza atıblar.
Terrorçular davamlı olaraq insanlar arasında qorxu və dəhşət hissi yaratmaq üçün bu kimi cinayətlərə əl atırlar.


  • Yazılıb
  • da (də) 2016 May 21
  • Göndərən مدير سايت Aran News