Arannews- İŞİD terror qruplaşması İraqda daha bir dəhşətli cinayət törədib.İŞİD terror qruplaşması Neynəva əyalətinin mərkəzi olan Mosul şəhərində 25 iraqlını nitrat turşusunda edam edib.
İraq mənbələrinin verdiyi məlumata görə, terrorçular ilk öncə edam ediləcək şəxslərin əllərini və ayaqlarını bağlayıblar. Daha sonra onları nitrat turşusu ilə doldurulmuş hovuza atıblar.
Terrorçular davamlı olaraq insanlar arasında qorxu və dəhşət hissi yaratmaq üçün bu kimi cinayətlərə əl atırlar.