Tarix : 2016 May 22
Kod 48926

Sionist rejimin Azərbaycana silah satışını dayandırması inandırıcı deyil

Büdcəsinin müəyyən hissəsini müdafiə texnologiyasının ixracı ilə dolduran İsrail, heç bir halda bu sektorda əməkdaşlığı dayandırmaz.
AranNews- sionist rejimin Azərbaycandakı səfiri Dan Stav isə bu məsələyə münasibət bildirmək istəməyib.
sionist diplomat qeyd edib ki, İsrail öz siyasətinə uyğun olaraq heç bir ölkə ilə hərbi əməkdaşlığı barədə fikir bildirmir.
Hərbi politoloq Ramil Məmmədli məsələ ilə bağlı münasibət bildirib. 
O deyib, "Açığı, bu xəbər inandırıcı gəlmir. Çünki Azərbaycan da daxil olmaqla İsrail Ermənistan və İranı çıxmaq şərtilə bütün regiona hərbi texnologiya satışı həyata keçirir. Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı da mövcuddur."
Hərbi politoloq İsrailin Azərbaycandan satdığı silahları Qarabağda istifadə etməmək kimi tələbinin olub olmamasına isə "İsrailin Qarabağda istifadə etməmək şərtilə Azərbaycana HAROP - pilotsuz uçuş aparatı satdığı da mümkünsüz versiyadır. Əksinə, istənilən silah satışı həyata keçirən rejim, məhsulunun istifadəsində maraqlıdır ki, davamlı istehsal və ixrac həyata keçirə bilsin. Yəni birmənalı demək olar ki, büdcəsinin müəyyən hissəsini müdafiə texnologiyasının ixracı ilə dolduran İsrail, heç bir halda bu sektorda əməkdaşlığı dayandırmaz.", - deyə cavab verib.
Qeyd edək ki, İsrail tərəfi Ermənistanın İsrail silahlarını alma istəklərinə də müsbət cavab verib.
  • Yazılıb
  • da (də) 2016 May 22
  • Göndərən مدير سايت Aran News