Yəmənin vahid xalqı səhnədə iştirak etdiyi zamana qədər məkrli planlar məğlubiyyətə məhkumdur.
Arannews- Yəmən Ali İnqilab Komitəsinin sədri bu ölkənin milli şənliyi günündə Yəmən xalqının birliyini vurğulayıb.Yəmən Ali İnqilab Komitəsinin sədri bazar günü Yəmənin Birliyinin 26-cı illi münasibəti ilə keçirilən tədbirdə etdiyi çıxışında ölkənin düşmənlər tərəfindən hücuma məruz qaldığına toxunaraq bildirib: Bu hücumlarla mübarizə aparmaq üçün yəmənlilər birliyə ehtiyaclıdırlar.
Yəməndə müstəmləkəçilik planına toxunan əl-Husi deyib: Hərbi vasitə və qırıcılarla bu ölkəni məğlub etməyə çalışan tərəflər Yəmən xalqının müqavimətindən xəbərsizdirlər.
Yəmənin Ali İnqilab Komitəsinin sədri həmçinin bu ölkə xalqının imperialistlərin hücumları qarşısındakı müqavimətindən arxayınlıq edərək deyib: Yəmənin vahid xalqı səhnədə iştirak etdiyi zamana qədər məkrli planlar məğlubiyyətə məhkumdur.
Şimali və Cənubi Yəmənin Birləşməsinin 26-cı illiyi Milli Şənliyi bazar günü paytaxt Sənanın Səbeyn meydanında keçirilib və minlərlə yəmənli bu tədbirə qatılıb.