Arannews- Amnesty International yayımladığı bəyanatda Səuidyyə rejiminin qırıcılarının kaset bombalarından istifadə etdiyini və bu bombaların dinc sakinlərinə törədəcəyi təhlükə ilə bağlı xəbərdarlıq edib və bildirib ki, kaset bombalar Yəmənin müxtəlif bölgələrini “Mina sahəsinə” çevirib. “Uşaqlar və dinc sakinlər partlamamış kaset bombalar vasitəsi ilə şəhid olurlar və ya bədən üzvlərini itirirlər.”
Amnesty International Səudiyyə Ərəbistanı kaset bombalarından istifadə etməməyə çağırıb və beynəlxalq ictimaiyyətdən istəyibki Yəməndəki bu ərazilərin təmizlənməsinə yardım etsinlər.
2008 –ci ildə imzalanmış konvensiyaya əsasən kaset bombalarından istifadə qadağandır. Lakin Amerika, və Ərəbistan bu konvensiyanı imzalamayıb.
Qeyd edək ki, bundan öncədə Human Rights Watch və Beynəlxalq Amnistiya Təşkilatı dəfələrcə Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu və bu cinayəti dayandırması haqqında bəyanatlar veriblər. Lakin Səudiyyə rejimi hələdə Yəməndə dinc sakinlərə qarşı bu silahdan istifadə edir.