Arannews- İraq hakimiyyəti Fəlluca şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata 20 minə yaxın hərbçi cəlb edib.
bunu İraq Federal Polisinin rəhbəri Raid Şaker Cəvdət bildirib.
Paytaxt Bağdadın qərbindəki Fəlluca şəhəri 2014-cı ildən İŞİD-in nəzarətindədir.
İraq Silahlı Qüvvələrinin komandanlığı əməliyyatla əlaqədar sakinləri şəhəri tərk etməyə çağırıb. Eyni zamanda sakinlərə terrorçuların bazalarından uzaq durmaq və evlərdən ağ bayraq asmaq tövsiyə edilib.
Fəlluca uğrunda döyüşlərdə güc strukturları ilə bərabər şiə və sünni könüllüləridə iştirak edəcəklər.