Tarix : 2016 May 23
Kod 48936

Bakıda Həzrət Məhdinin (ə.f) Mövlud tədbiri keçirildi + FOTO

Həzrət Məhdinin (ə.f) mövludu bağlı bakida müxtəlif tədbirlər keçirildi.
AranNews- İçərişəhər "Cümə" məscidi dini icması  Zəmanə Sahibinin  (ə.f) mövludu münasibətilə “Park İnn” otelində möhtəşəm bayram tədbiri keçirib.
Ənənəvi olaraq bayram tədbiri Qurani-Kərimin tilavəti ilə başlanmışdır.
Müqəddəs ayələrin tilavəti başa çatdıqdan sonra Dövlət Himnimiz mərasim iştirakçıları tərəfindən cəmlə ifa edilmişdir.
Daha sonra “Əhli-Beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilmişdir.
Zövqləri oxşayan ifalardan sonar İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mərasim iştirakçıları qarşısında çıxış edib. Bütün Mövla (ə.f) müntəzirlərini təbrik edən Hacı İlqar, bu mövludun əhəmiyyətinə toxunub.
Hacı İlqar Zəmanə Sahibinin (ə.f) müntəziri olmaq, zühur və intizar mövzularında geniş çıxış edərək bu anlayışların fəlsəfəsinə toxunub, həqiqi mahiyyətini açıqlayıb.
Sonda Hacı İlqar bir sıra dualar etmiş, o cümlədən torpaqlarımızın azadlığı, İslam dünyasında sülhün bərqarar olması, Zəmanə Sahibinin (ə.f) zühurunun təcilini Allahdan diləmişdir.
Tədbirin davamında dəyərli Əhli-Beyt (ə) məddahı Hacı Ceyhun Müəzzin Zəmanə Sahibinin (ə.f) şənində yazılmış İlahiləri tədbir iştirakçılarına ərməğan edib.
Tədbirin digər qonağı – Əhli-Beyt (ə) məddahı Hacı Rahim Dərviş də də Həzrət Məhdiyə (ə.f) həsr edilmiş gözəl ilahilər ifa edərək, tədbiri rövnəqləndirmişdir.
Növbəti çıxış edən dəyərli Əhli-Beyt (ə) şairi Seyid Nurəddin Dərafərin Həzrət Məhdinin (ə.f) şəninə, eləcə də Əhli-Beytin (ə) şəninə yazılmış şer və qəzəllərini səsləndirərək, tədbirə xüsusi rəng qatmışdır.
Tədbirin digər dəyərli qonağı, Əhli-Beyt (ə) şairi Hacı Səyyar də Əhli-Beytin (ə) şənində şer və qəzəllər səsləndirib.
Əhli-Beyt (ə) şairi Şahin Qurbanov da Zəmanə Sahibinin (ə.f) şənində şer və qəzəllər səsləndirib.
Daha sonra bayram tədbiri “Əhli-Beyt (ə) aşiqləri” qrupunun ifasında gözəl ilahi və surudların ifası ilə davam etmişdir.
Tədbir cəmlə "Fərəc" duasının oxunuşu ilə yekunlaşıb.














  • Yazılıb
  • da (də) 2016 May 23
  • Göndərən مدير سايت Aran News