Tarix : 2016 May 23
Kod 48937

Ermənistan ordusunda yeni kadr dəyişikliyi

Ermənistan prezidenti Serj Sarkisyan cəbhədə yaşanan aprel gərginliyindən sonra orduda ikinci kadr dəyişikliyi ilə bağlı fərman imzalayıb.
AranNews- yeni fərmanla Baş Qərargah rəisinin müavini Movses Akopyan işdən çıxarılıb. General-leytenant Akopyan müdafiə nazirinin müavini təyin edilib.
Bundan sonra Movses Akopyan müdafiə nazirilinin müavini vəzifəsi ilə yanaşı nazirliyin maddi-texniki təminat departamentinin rəhbəri vəzifəsini də yerinə yetirəcək.
Ermənistan prezidenti cəbhədəki məğlubiyyətindən sonra cəmiyyətdə orduya qarşı hörməti qaldırmaq üçün aprelin 26-da Silahlı Qüvvələrdə bir neçə yüksək rütbəli hərbiçini vəzifəsindən azad etmişdi. Sarkisyanın əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyanı işdən çıxarılıb.
İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.
Kadr dəyişikliyinin niyə baş verdiyini isə rəsmi şəkildə izah olunmadı. Ermənistan MN-in mətbuat katibi Artsrun Ovannisyan Müdafiə Nazirliyinin Baş qərargahının kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyanın ordudan uzaqlaşdırılmasını şərh etməkdən imtina edib.
“Biz sadəcə bunun dördgünlük müharibə ərzində bizim kəşfiyyat orqanlarının öz işinin öhdəsindən gələ bilməməsi, qarşı tərəfin sərhədə hərbi texnika yığmasından kəşfiyyatçılarımızın xəbərinin olması ilə əlaqəsinin olub-olmadığını maraqlandıq. Mən onu deyə bilərəm ki, prezidentin əmrini şərh edə bilmirəm”.
  • Yazılıb
  • da (də) 2016 May 23
  • Göndərən مدير سايت Aran News