Tarix : 2016 May 24
Kod 48944

Terrorçularin suriya xalqına qarşı cinayətləri davam edilir

Suriyada baş verən bir neçə terror aktı nəticəsində 121 sivil şəhid olub.
Arannews- Suriyanın Laziqiyyə vilayətində yerləşən Cəbəllədə və Tartus liman şəhərində baş verən bir neçə terror aktı nəticəsində 121 sivil şəhid olub.
Suriya İnsan Haqları Gözətçisi qrupu bildirib ki, Tartusda avtobus dayanacağı yaxınlığında 3 partlayış baş verib.
Əl-Kəracatda bomba quraşdırılmış avtomobil partladılıb. Bir kamikadze isə üzərindəki partlayıcını işə salıb. Bu isə bir qrup sivilin şəhid olması ilə nəticələnib.
Suriyanın informasiya naziri İmran əl-Zəəbi əl-Məyadinə müsahibəsində deyib: Suriya ordusu qarşısında döyüş meydanında məğlub olan terrorçular bu gün sivilləri hədəfə alırlar. Cibillə və Tartus partlayışlarının amilləri döyüş meydanında Suriya ordusu ilə qarşılaşa bilməyəcək qorxaqlardır.


  • Yazılıb
  • da (də) 2016 May 24
  • Göndərən مدير سايت Aran News