Tarix : 2016 May 24
Kod 48945

Fəllucənin bəzi hissələri terrorçuların işğalından azad edilib

İraqın ordusu və xalq qüvvələri Fəllucənin 13 kilometrliyində yerləşən Əlkərəmə şəhərini tam şəkildə İŞİD-in nəzarətindən çıxarmağa müvəffəq olublar.Əlkərəmənin azad edilməsi əməliyyatında bir qrup İŞİD terrorçusu məhv edilib və yaralanıbdır.
Arannews- İraqın Fəllucə şəhərinin şərqindəki bəzi hissələr tam şəkildə terrorçuların işğalından çıxarılıb.
İraqın Ələnbar vilayətində Fəllucənin azad edilməsi əməliyyatının komandanı Əbdülvəhhab Əlsaidi deyib ki, İraqın ordusu və xalq qüvvələri Fəllucənin 13 kilometrliyində yerləşən Əlkərəmə şəhərini tam şəkildə İŞİD-in nəzarətindən çıxarmağa müvəffəq olublar.
Əlkərəmənin azad edilməsi əməliyyatında bir qrup İŞİD terrorçusu məhv edilib və yaralanıbdır.
İŞİD üzvlərindən 40 nəfər də İraqın təhlükəsizlik qüvvələri tərəfindən əsir alınıb.
İraqın baş naziri Heydər Əlibadi bazar ertəsi günü səhər tezdən Fəllucənin İŞİD-in işğalından azad edilməsi əməliyyatının başlandığını bildirib.
Terrorçu İŞİD qrupu 2013-cü ilin sonlarından Fəllucə şəhərini işğal edib.
İŞİD Fəllucəni ələ keçirdikdən sonra yerli sakinlərin şəhərdən çıxmalarını əngəllədi və onlardan insan sipəri kimi istifadə edir.


  • Yazılıb
  • da (də) 2016 May 24
  • Göndərən مدير سايت Aran News