Dərmanlar və məhsullar Türkiyədən gəldikdən sonra Hələbin Qətni məntəqəsində Yəman şirkətinin anbarına boşaldılır və sonra terrorçular arasında bölüşdürülür.
Arannews- Suriya ordusu tərəfindən həbs olunan terrorçular Türkiyədən terror qruplaşmalarının ehtiyac duyduğu dərman preparatı və tibbi təchizatın nəql olunduğunu etiraf ediblər.Suriyada həbs olunan terrorçu Əbdürrəhman Kəncu bu ölkə televiziyası ilə müsahibədə deyib: Hələb vilayətində terrorçuların ehtiyac duyduğu tibbi təchizat rəsmi şəkildə və gömrük sənədləri ilə Babul-Həva sərhəd keçidindən Əhraruş-Şam terror qruplaşmasının nəzarəti ilə Hələbə nəql olunur.
Kəncu əlavə edib: Dərmanlar və məhsullar Türkiyədən gəldikdən sonra Hələbin Qətni məntəqəsində Yəman şirkətinin anbarına boşaldılır və sonra terrorçular arasında bölüşdürülür.
Suriya dairələrinin bildirdiyinə görə, əsas mərkəzi İstanbul şəhərində olan Yəman şirkəti İraqın şimalında Mosul şəhərində İŞİD terrorçularının ehtiyac duydyğu tibbi təchizatları da təmin edir.
Suriya ordusu bu terrorçunu İŞİD terror qruplaşmasını səyyar tibbi klinikalara 25 ton tibbi təchizatı nəql edərkən həbs edib.
Türkiyə həmçinin Suriyada İŞİD terror qruplaşması üçün silah-sursat nəql edərək onların yaralılarını öz xəstəxanalarında müalicə edir.