Tarix : 2016 May 24
Kod 48947

Rusiya Ermənistanda radiolokasiya stansiyası quraşdıracaq

Rusiya təmənnasız şəkildə Ermənistanda iki "Qrad" əleyhinə radiolakasiya yerləşdirəcək.
AranNews- Ermənistanın Fövqəladə Hallar Nazirliyinin rəhbərinin müavini Aykaram Mxitaryan Bu barədə parlamentdə çıxışı zamanı deyib.
Müavin Milli Məclisin komissiyalarının iclasında 2015-ci il üçün dövlət büdcəsinin icrası haqqında hesabat verərkən Rusiyanın Ermənistanda yaxın vaxtlarda iki radiolokasiya stansiyası quraşdıracağını bildirib.
Mxitaryanın sözlərinə görə, vəziyyəti kifayət qədər yaxşı olan stansiyanı Rusiya Ermənistana heç bir xərc olmadan verəcək. Radiolokasiya stansiyasının biri Şirak bölgəsində, digəri isə Ararat vadisində yerləşdiriləcək. Stansiya buludların effektiv hərəkətini izaləməyə imkan verəcək.
  • Yazılıb
  • da (də) 2016 May 24
  • Göndərən مدير سايت Aran News