Tarix : 2008 May 28
Kod 4895

BÖYÜK İNQİLAB RƏHBƏRİNİN MÜŞAVİRİ İRAQ RUHANİLƏRİNƏ MÜRACİƏT EDİB

Amerikalılar İraq hökumətinə təhlükəsizlik razılaşma sənədini təklif etdilər ki, onun imzalandığını və həyata keçirildiyi təqdirində İraq və regiona çox pis bir vəziyyət hökm sürəcək
Iran Servisi/Aran Agentliyi
  Böyük İnqilab rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əliəkbər Vilayəti İraqdakı müctəhidlərin xüsusi ilə də Ayətullah Sistanidən istəyib ki , İraqın təhlükəsizlik məsələsinə dair ABŞ-la İraq hökuməti arasındakı təhqiramiz razılaşması ilə bağlı ciddi mövqe tutaraq bu cür təhqiramiz razılaşmanın imzalanmasına mane olsunlar . Fars İnformasiya Agentliyi doktor Vilayətiyə istinadla xəbərdarlıq edib: Amerikalılar İraq hökumətinə təhlükəsizlik razılaşma sənədini təklif etdilər ki, onun imzalandığını və həyata keçirildiyi təqdirində İraq və regiona çox pis bir vəziyyət hökm sürəcək və İraq rəsmən Amerikanın müstəmləkəsinə çevriləcək. Doktor Vilayətinin sözlərinə görə Amerikanın İraqa təklif etdiyi bu razılaşma layihəsi 1919-cu ildə Vüsuq əl-Dövlənin İngiltərə ilə imzaladığı müqaviləyə bənzəyir . O dönəmdə bu məsələ İran xalqı və dini alimlərin kəskin etirazı nəticəsində ləğv edildi . Böyük İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri sonra təkidlə bildirib Ayətullah Sistani kimi İraq alimləri və İraqın baş naziri Nuri əl-Maliki kimi mücahid şəxslər Amerikanın İraqa təklif etdiyi bu razılaşma sənədinin qəbul olunmasına mane olaraq ABŞ-ın bu ölkəyə daimi istilasına şəraitin yaranmasına imkan verməməlidirlər . Vilayəti xəbərdarlıq edərək bildirib ki , bu müqavilənin imzalandığı təqdirində ABŞ ilə Sionizm İraqa hökm sürəcəklər . Qeyd edək ki , ABŞ hökuməti təhlükəsizlik müqaviləsi pərdəsi altında İraq hökumətinə biabırçı və təhqiramiz  kopitolasyonu sırımaq istəyir . Beləliklə Amerika hərbçiləri istədikləri kimi İraqda qanunsuz rəftarlarla məşğul ola bilərlər və nəticə etibarı ilə İraq məhkəmələri ABŞ hərbçilərinin İraq xalqına qarşı açıq-aşkar cinayətlərini araşdırmaq iqtidarında ola bilməyəcəklər . 
  • Yazılıb
  • da (də) 2008 May 28