ATƏT-in Parlament Assambleyası Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını alternativsiz görür.
AranNews- ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Viqenin bu barədə mayın 23-də İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə bildirib.
Viqeninin sözlərinə görə, ATƏT PA dünyada sülhün tənzimlənməsində öz səylərini göstərir: “ATƏT PA üçün Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən başqa heç bir variant yoxdur. ATƏT-də Minsk qrupunun fəaliyyəti yüksək qiymətləndirilir”.