Tarix : 2016 May 24
Kod 48953

Təbrizin imam cüməsi: Qarabağ İslam torpağıdır və Azərbaycana qaytarılmalıdır

Ayətullah Müctəhid Şəbüstəri Təbrizdə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinə təkid edib ki, “Qarabağ İslam ərazisidir və Azərbaycana qaytarılmalıdır”.


AranNews-
Vəliyyi-Fəqihin nümayəndəsi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib: “Azərbaycanın əhalisinin çoxu şiələr və pak imamların (ə) vilayətinə inanclı insanlardır. Şəban ayının bayramları münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirəm”. 
Ayətullah Şəbüstəri xatırladıb: “Bizim dini vəzifəmiz haqqı deməyimizi və məzlumların hamisi olmağımızı tələb edir. Axıra kimi bu üslub və davranışı davam etdirəcəyik”. 
Vəliyyi-Fəqihin nümayəndəsi təkid edib: “Qarabağ İslam ərazisidir və Azərbaycana qaytarılmalıdır”.
Müctəhid Şəbüstəri həmçinin vurğulayıb: “İslam düşmənləri  müsəlmanları əziyyət etməyə cəhd edir. Onların bu fitnələri qarşısında tamamilə həmrəy olmalı və vədət göstərməliyik ki, bu and içmiş düşmənlər məğlub olsunlar”.
  • Yazılıb
  • da (də) 2016 May 24
  • Göndərən مدير سايت Aran News