Ayətullah Müctəhid Şəbüstəri Təbrizdə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinə təkid edib ki, “Qarabağ İslam ərazisidir və Azərbaycana qaytarılmalıdır”.
_411.jpg)
AranNews- Vəliyyi-Fəqihin nümayəndəsi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib: “Azərbaycanın əhalisinin çoxu şiələr və pak imamların (ə) vilayətinə inanclı insanlardır. Şəban ayının bayramları münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirəm”. Ayətullah Şəbüstəri xatırladıb: “Bizim dini vəzifəmiz haqqı deməyimizi və məzlumların hamisi olmağımızı tələb edir. Axıra kimi bu üslub və davranışı davam etdirəcəyik”.
Vəliyyi-Fəqihin nümayəndəsi təkid edib: “Qarabağ İslam ərazisidir və Azərbaycana qaytarılmalıdır”.
Müctəhid Şəbüstəri həmçinin vurğulayıb: “İslam düşmənləri müsəlmanları əziyyət etməyə cəhd edir. Onların bu fitnələri qarşısında tamamilə həmrəy olmalı və vədət göstərməliyik ki, bu and içmiş düşmənlər məğlub olsunlar”.