Tarix : 2016 May 24
Kod 48954

Azərbaycanda gündəlik neft hasilatı azalır

Bu ilin ilk rübündə Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində sutkada orta hesabla 651 min barrel neft hasil edilib.
AranNews- Bu göstərici ötən ilin eyni dövründəkindən 10 min barrel və ya 1,51 faiz azdır. Bu barədə BP-Azerbaijan şirkətinin rüblük hesabatında bildirilir.
2016-cı ilin ilk rübündə AÇG-də hasilat həcmi 8 milyon ton olub.
Ötən ilin ilk rübündə isə bu göstəricinin 808 milyon ton olduğu qeyd edilir.
Hasilat həcmini sabitləşdirməkddən ötrü konsorsium neft quyularına səmt qazı vurulmasını 42.3 faiz artırıb, 5 istismar və 2 suvurma quyusu qazıb.
BP-Azerbaijan-ın məlumatına görə, şirkət 2016-cı ilin ilkrübündə AÇG bloku üzrə xərcləri ötən ilin eyni dövrünə nisbətən 15,4 faiz – 533 milyon dolaradək azaldıb.
2016-ci ilin ilk rübündə layihə çərçivəsində əməliyyat məsrəfləri təqribən 137 milyon dollar, əsaslı məsrəflər isə 396 milyard dollar təşkil edib.
Birinci rübdə “Çıraq” özülündən sutkada 46 min (2015-ci ilin I rübündə 54 min barrel), «Mərkəzi Azəri»də – 155 min (159 min), «Qərbi Azəri»də 116 min (129 min), «Şərqi Azəri»də 69 min (71 min), «Dərinsulu Günəşli»də 139 min (149 min), «Qərbi Çıraq»da isə 126 min barrel (99 min) neft çıxarılıb.
Hazırda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 51,16 dollardır.
Bu 2016-ci ildə neftin ən yüksək qiymətidir.

  • Yazılıb
  • da (də) 2016 May 24
  • Göndərən مدير سايت Aran News