Tarix : 2016 May 25
Kod 48955

Yəmənlilər təcavuzkarları nakam qoyublar

Yəmənlilər Səudiyyə muzdlularının hücumunu nakam qoyublar.
Arannews- Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı muzdlularının Yəmənin qərbində yerləşən Əl-Couf vilayətinə qarşı hücumunu nakam qoyublar.
Yəmən ordusu və xalq qüvvələri Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin tərəfdarlarından ibarət Ərəbistan muzdlularının Əlbahis və Cəbəl İbər bolgələrinə hücumlarını dəf edərək muzdlulardan 7 nəfərini öldürüblər.
Yəmən ordusu və xalq qüvvələri həmçinin istefa vermiş prezidentin qüvvələrinin ölkənin cənubunda Şəbuh vilayətinin qərbində yerləşən Əsilan bölgəsinə doğru irəliləmələrinin qarşısını alıblar.
Yəmənin müdafiə nazirliyi bildirib ki, keçmiş prezidentin muzdlularından bir neçəsi Əlvəhbiyyəyə irəliləməyə cəhd göstərərkən öldürülüblər.
Digər tərəfdən Səudiyyə Ərəbistanının hərbi təyyarələri Əl-Couf vilayətində Əlğəlil və Əlməslub şəhərlərini 6 dəfə bombalayıblar.
Yəməndən əldə olunan başqa məlumata görə, Səudiyyə Ərəbistanı hərbçilərinin Cazan vilayətində hərəkəti zamanı minaya düşməsi nəticəsində bir Səudiyyə hərbçisi ölüb 3 hərbçi də yaralanıb.

  • Yazılıb
  • da (də) 2016 May 25
  • Göndərən مدير سايت Aran News