İraqın qərbində əl-Anbar vilayətinin ikinci önəmli şəhəri olan Fəllucənin azadlığı əməliyyatı davam edir.
Arannews- İraqın qərbində əl-Anbar vilayətinin ikinci önəmli şəhəri olan Fəllucənin ətrafındakı bölgələrin azad olunmasından sonra, bu şəhərin İŞİD terrorçularının işğalından azad edilməsi üzrə əməliyyatın 2-ci mərhələsinə başlanıb.İraq polis komandanı Şakir Cövdət deyib: İraq qüvvələri əl-Kərəmədən Fəllucənin girişinə qədər bütün yollar və kəndləri İŞİD terrorçularından azad edib və hal-hazırda İraq qüvvələri azad olunmuş bölgələri təmizləməklə məşğuldurlar.
İraq könüllü qüvvələrinin komandanı Kazım əl-Cabiri də Təsnim Xəbər Agentliyinə müsahibədə Fəllucə şəhərinin ətrafındakı bölgələrin azad olunasına toxunaraq deyib: Azad etmə əməliyyatı bir neçə mərhələdə həyata keçirilir. İlk mərhələsi bazar ertəsi günü tam uğurlu şəkildə baş çatdı.
Əl-Cabiri deyib: Fəllucənin azad olunması əməliyyatında çox önəmli nöqtə olan Fəllucə stansiyası azad olundu və bu böyük nailiyyət İŞİD-çilərin nəzarətində olan bu şəhərin azad olunması prosesinə önəmli təsir göstərəcək.
İraq könüllü qüvvələrinin komandanı İraq qüvvələrinin sürətlə irəlilədiyini qeyd edib və deyib: Müxtəlif istiqamətlərdə ordu və könüllü qüvvələrin irəliləməsi İŞİD-çilərin çaş-baş qalmasına, kömək istəməsinə və sonda əməliyyat bölgəsindən qaçmalarına səbəb oldu. Həmçinin İraq ordusu və könüllü qüvvələri bu əməliyyatda çoxlu sayda terrorçunu öldürüblər.
İraqın qərbində əl-Anbar vilayətində Fəllucə şəhərinin azad olunması əməliyyatı 23 maydan başlanıb.