Tarix : 2016 May 25
Kod 48958

İran səfiri: arzu edirəm ki, öz xidmətim dövründə həbsdə olan dindarların azadlıqa buraxılmasının şahidi olam

İran İslam Respublikasının Bakıdakı səfiri Ramazan ayı astanasında Azərbaycan Respublikasında ötən bir neçə ildə mədəni və dini durumdan danışıb.
AranNews - İran İslam Respublikasının Bakıdakı səfiri Möhsin Pakayin İSNA müxbirinə verdiyi müsahibəsində Azərbaycan Respublikasında mədəni və dini durumdan danışıb.
Səfir deyib: “Bildiyiniz kimi Azərbaycan Respublikasının əhalisinin əksəriyyətini şiələr təşkil edir və bu ölkə, əhalisinin məzhəb tərkibi baxımından İrandan sonra ikinci şiə ölkəsi hesab olunur”.
M. Pakayin qeyd edib: “Azərbaycan hökuməti qeyri-dini sistem və sekülarizm əsasları üzərində olmasına baxmayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu ölkədə dini məsələlərin idarəçiliyini öhdəsinə almışdır. Hər iki idarənin rəhbəri şiələrlədir. İcra edilən yaxşı idarəçiliyə görə xoşbəxtlikdən müstəqillikdən sonrakı illər ərzində azlıqda olan əhli-sünnə, həmçinin digər dinlərin ardıcılları ilə çoxluqda olan şiələr arasında heç bir ixtilaf yaranmamışdır”.
Ötən bir neçə ildə Azərbaycanda vəhabilərin fəaliyyətlərinə toxunan səfir deyib: “Son vaxtlar Azərbaycan dövləti bu firqənin qeyri-ənənəvi fəaliyyətləri ilə bərk mübarizə aparır”.
M. Pakayin davam edib: “Azərbaycan müsəlmanlarının dini anlayışlara ürəkdən rəğbətləri olmuşdur. Bu ölkə xalqı müstəqillikdən öncə bir neçə nəsil rus çarlığının və kommunistlərin hakimiyyəti altında yaşamalarına baxmayaraq dinə bu bağlılığın dərinliyi və şiə alimlərinin bu məntəqədə təsiri o qədər olmuşdur ki, onlar ən azından dini təlimlərin bir hissəsini qoruyub saxlaya bilmiş və müstəqillikdən sonrakı nəslə ötürmüşlər”.
Ölkəmizin Bakıdakı səfiri Azərbaycanın müstəqillik qazandıqdan sonra bu ölkədə İslam inanclarının sürətlə genişlənməsinə də işarə edərək deyib: “Çoxlu məscidlər yenidən təmir və bərpa olunub, yaxud yeni məscidlər inşa edilib, ziyarət məkanları, o cümlədən ölkədə mövcud imamzadə məqbərələrinin çoxu bərpa edilib. Bunların son nümunəsi olaraq Gəncə şəhərində İmamzadə İbrahim məqbərəsini göstərmək olar. Qeyd edim ki, bu imamzadə məhz Azərbaycan dövlətinin diqqəti çəkən xərcləri hesabına təmir olunmuşdur və bir neçə ay bundan öncə Azərbaycan Respublikası prezidentinin iştirakı ilə açılış mərasimi keçirildi”.
Azərbaycanda din azadlığı haqqında suala cavab verən səfir izah edib: “Bu ölkənin əhalisi ümumi olaraq İslama rəğbətlidir. Lakin bu rəğbət, etiqadi səviyyə və növ bacımından əhalinin hamısında eyni ölçüdə və formada deyil. Azərbaycanın cəmiyyəti arasında bəziləri, o cümlədən gənclər İslam və şiəliyə daha dərindən bağlıdırlar, hicab kimi İslam hökmlərinə daha artıq əhəmiyyət verirlər. Hal-hazırda belə inanclı gənclərin elmi və təhsil mərkəzlərində iştirakı üçün heç bir xüsusi qanuni məhdudiyyət yoxdur”. 
“Bundan əlavə, İslam və şiə maarifinə rəğbəti olanlardan bəziləri cəmiyyət, qrup, partiya, vitural media və müxtəlif məktublaşmalar yaratmış, İslam inancları prinsipinə uyğun olaraq mədəni və ictimai sahələrdə fəaliyyət göstərirlər. Bu təşkilatlardan bəzilərinin fəaliyyətlərinin tarixi Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illərə qayıdır”-deyə, Pakayin bildirib.
Səfir müsahibəsinin davamında deyib: “Hal-hazırda hər gün ruh bağışlayan azan sədası Bakı və digər şəhərlərin məscidlərinin minarələrindən ucalır. Bu məsələ insana onu xatırladır ki, ilahi nur sönəsi deyil. Kommunistlər bu ölkədə dini məhv etmək üçün bütün cəhdlərini göstərdilər. Amma bu günləri Azərbaycana səfər edən hər bir turist qaldığı müddət ərzində məscidin minarələrindən azan səsinin gəldiyini eşidir və bu ölkənin islami kimliyinin anlayır”.
İran islam respublikasi Bakıdakı səfiri deyib: “Mən bu ölkədə xidmət etdiyim illər ərzində şiələrin, xüsusilə də gənc şiələrin dinə əhəmiyyət verdikləri gözəl səhnələrin şahidi olmuşam. Məscidlərdə cümə və camaat nazlarının qılınması, namazqılanlar arasında səmimiyyət, Bakının bir neçə məscidində və digər şəhərlərdə müsəlmanların kütləvi şəkildə Fitr və Qurban bayramı namazlarında əzəmətli iştirakı, Ramazan ayından əlavə, Rəcəb və Şəban aylarında da bir sıra məcsidlərdə açılan sadə və eyni zamanda səmimi iftar süfrələri nümunəvidir”. 
O xatırladıb: “Tasua və Aşura günləri Azərbaycanda rəsmi tətil olmasa da Tasua və Aşura əzadarlıqları xüsusi əzəmətlə keçirilir. Habelə, Məbəs bayramı, məsumların (ə) mövludları münasibətilə keçirilən şadlıq mərasimləri, əhalinin Məşhəd və İraqda imamları (ə) ziyarət etmək üçün vəsfedilməz sevgiləri, təqlid mərəcələrinə ürəkdən bağlılıqları –Ayətullah əl-üzma Nuri Həmədaninin ötən il Azərbaycanda səfərində bu bir daha müşahidə olundu – hər görüşdə dövlət xadimlərinin və adi camaatın xalis salamlarının, sağlamlıq və uzun ömür arzu etmələrinin Ali Məqamlı Rəhbərə çatdırmağı xahiş etmələri, son günlərdə Qarabağ şəhidlərininin cənazəsinin əzəmətlə müşayət olunması, azərilərin milli birlik nümayiş etdirmələri Azərbaycan xalqının dinə sevgilərini göstərir”.
Müsahibənin davamında İSNA müxbiri həbs olunmuş bir sıra dindar və ruhanilər barədə suallar verib. Müxbirin: “Onların həbs edilməsi dövlətin bəzi bölmələrinin bir sıra dini fəallara qarşı bədgüman olmasından irəli gəlmirmi?”, “Sizcə, Qarabağda baş verən son müharibənin ardınca Azəraycanın şiə fəallarının və islami qruplarının yaxınlaşması, ölkələrinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verməyə hazır olduqlarına təkid etmələri, Azərbaycan ordusunu tam müdafiə etmələri bu anlaşılmazlığın əsas hissəsini aradan qaldıra bilibmi?”- kimi suallarını cavablandıran səfir deyib: “Son Qarabağ müharibəsi göstərdi ki, bu ölkənin incanlı əhalisi, xüsusilə də şiə fəalları, onlara qarşı bəzi soyuq münasibətlərə baxmayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə bağlılıqda ön sıradadırlar. Onlar özlərini “vətən sevgisini imandan” bilən məktəbin ardıcılları bilirlər. Təbiidir ki, belə bir məktəb ölkəsinə, onun torpağına, suyuna qarşı heç bir hərəkətə icazə vermir. Çünki şiə məktəbi dinin əqli simvolu olaraq həmişə insanları təfriqədən, radikallıqdan uzaq olmağa, vətən yolunda fədakarlığa və İslamın əsas etiqadlarına dəvət etmişdir. Mən belə düşünürəm ki, ixtilafların bir qismi anlaşılmazlıq üzündəndir və qeyd olunan anlaşılmazlığın bir hissəsinin yaranmasında İslam düşmənləri olan xarici qüvvələrin və islamofobiyanın rolu olmuşdur”.  
Prezidentin həyat yoldaşı xanım Mehriban Əliyevanın humanitar addım ataraq təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarın dindar məhbuslara şamil olub-olmayacağı barədə müxbirin sualını cavablandıran səfir deyib: “Bu məsələ Azərbaycanın daxili işlərinə aiddir və bu məsələyə münasibət bildirmək istəmirəm. Amma belə düşünürəm ki, Azərbaycan prezidentinə nikbin baxışla bu şəxslərin bir çoxunun azadlığa buraxılacağına ümidvar olmaq olar. Mənim bildiyimə görə bu məhbusların çoxu təqribən dörd il bundan öncə məktəblilərə qarşı icra edilən hicab məhudiyyətlərinə etiraz etdikləri üçün həbs ediliblər”. 
İran diplomatı deyib: “Artıq bu günləri hicab problemi həll olunmuşdur və o məhdudiyyətlər çox azalıb. Onların da zindana salınmasının əsas səbəbi aradan qalxmışdır. Cənab İlham Əliyev 2016-cı ili multikulturalizm və müxtəlif dinlərin azad fəaliyyətlərini himayə ili adlandırıb. Beynəlxalq təşkilatlarda da daima islamofibiya ilə mübarizənin lüzumuna, milli və islami dəyərlərə diqqət etməyə təkid etmişdir. Mənə belə gəlir ki, bu baxışla dindar məhbusların problemi həll olunasıdır və mən şəxsən arzu edirəm ki, öz xidmətim dövründə bu mühüm hadisənin şahidi olum. Əgər bu iş 28 mayda baş tutsa çox sevinərəm”.
M. Pakayin həmçinin Azərbaycan xalqının və dövlət xadimlərinin Ali Məqamlı Rəhbərə sevgi bəsləmələri haqda təkid edib: “Bu sevgi var. Azərbaycanın şiələrinin əksəriyyəti təqlid mərcələrinə, xüsusən də Ali Məqamlı Rəhbərə sevgi bəsləyirlər. İnanıram ki, bu sevgi qarşılıqlıdır və həzrət Ayətullah Xameneinin Azərbaycan xalqına sevgisi ürəkdən gələn bir sevgidir. O həzrət, Azərbaycanın hörmətli prezidenti ilə son görüşündə Azərbaycan xalqını sayıq, məlumatlı, çox yaxşı bir xalq adlandırdı və Azərbaycanı böyük müsəlman alimlərinin yetişdiyi, İranla ortaq taixi, mədəni və dini köklərə malik bir məntəqə, dərin dini və tarixi kökləri olan bir ölkə kimi dəyərləndirdi və Azərbaycan xalqına sadəcə dost və qonşu kimi deyil, daha da yüksək mövqedən – qardaş bir xalq kimi yanaşdığını qeyd etdi, dövlətin dini ayin və atributlara hörmətlə yanaşıb bunları dəstəkləyəcəyi surətdə, xalqın dövlətə dayaq durub, təhdidlər qarşısında onu himayə edəcəyinə səbəb olacağını vurğuladı. 
M. Pakayin daha sonra deyib: “Həzrət Ayətullah Xamenei bundan öncə də Qarabağ müharibəsində ölənləri şəhid adlandırıb. Bu hərəkət Azərbaycan xalqının və dövlət səlahiyyətlilərinin o həzrətə qarşı sevgisini artırıb. Dost və qardaş İran-Azərbaycan arasında günbəgün genişlənən hərtərəfli münasibətlərin davam etməsi prosesini arzulamaqla yanaşı, Allahdan hər iki ölkə xalqının və dövlətinin başıucalığını istəyirəm.
Sizə də bu müsahibəyə görə təşəkkür edirəm”.


  • Yazılıb
  • da (də) 2016 May 25
  • Göndərən مدير سايت Aran News