Tarix : 2016 May 25
Kod 48963

Ermənistan Dünya Bankının pulları ilə silahlanır

Azərbaycan mətbuati Ermənistanin baş naziri Ovik Abramyanın 250 milyon dollarlıq silah aldığını və bu məqsədlə Dünya Bankından aşağı faizlə alınmış vəsaitlərdən yazib.
AranNews- Ermənistanın apreldə 250 milyon dollarlıq silah və hərbi texnika alması fikrini ortaya ilk dəfə “Haykakan jamanak” qəzeti atıb. Ermənistanın gömrük xidmətinin aprel ayı üçün dərc etdirdiyi göstəriciləri tədqiq edən qəzet yazır ki, 2016-cı ilin aprel ayında Ermənistanın idxalı 2015-ci ilin aprel ayına baxanda iki dəfədən çox artıb. Əgər 2015-ci ilin aprel ayında Ermənistana 204 milyon dollarlıq mal idxal edilibsə, 2016-ci ilin aprel ayında bu rəqəm 455 milyon dollar olub.
“Haykakan jamanak” bunu ay ərzində idxal edilən hərbi texnika və sursat ilə əlaqələndirib. Ermənistan ordusunun məhz bu sursatla aprelin sonlarında cəbhə xəttində fəallıq göstərməsi və Azərbaycanın yaşayış məntəqələrini aramsız atəşə tutması da ehtimallar arasındadır.
Ermənistanın xarici borcunun 9 miyard dollara çatdığı və adambaşına düşən xarici borcun 3 min dollar olduğu nəzərə alınarsa, 250 milyon dolların İrəvan üçün böyük rəqəm olduğunu anlamaq olar. Təsadüfi deyil ki, aprel müharibəsi günlərində erməni mətbuatının əsas ağısı Rusiyanın kreditlə verməli olduğu 200 milyon dollarlıq silahın üzərində qurulmuşdu. Ermənilər elliklə həmin silahın gecikdirilməsindən narahat idilər.
  • Yazılıb
  • da (də) 2016 May 25
  • Göndərən مدير سايت Aran News