Türkiyənin yeni baş naziri, Binəli Yıldırım ölkə parlamentində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlindən gələni edəcəyini bildirib.
AranNews- “İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”, - deyə Yıldırım qeyd edib.
Türkiyənin baş naziri Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də danışıb. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini vurğulayıb: Tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq”. Türkiyənin yeni baş naziri Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problem kimi qəbul etdiyini deyib.