Bəhreyn hökumətinin ruhanilərə qarşı hərəkətləri bu ölkədə siyasi hüququ məhv edir.
Arannews- Bəhreyn İnsan Haqları Cəmiyyəti bu ölkədə ruhanilərin həbsinin yeni dalğasının başlandığını bildirib.
Bəhreyn İnsan Haqları Cəmiyyəti bir bəyanatda bildirib: Bəhreyn rəsmiləri şiə ruhanilərin həbsi və onlara qarşı həbs qərarlarının davamında, yenilərdə mübariz şiə ruhani Şeyx Məhəmməd əl-Münsini bir il həbsə məhkum ediblər.
Bəhreyn İnsan Haqları Cəmiyyətinin bəyanatında əlavə olunur: Bəhreyn hökumətinin ruhanilərə qarşı hərəkətləri bu ölkədə siyasi hüququ məhv edir.
17 ruhani Bəhreyn həbsxanalarındadır və Bəhreyn məhkəmələri indiyə qədər siyasi səbəblərə görə həbs olunan ruhanilər üçün ümumilikdə 249 il həbs qərarı vermişlər.