Tarix : 2008 May 28
Kod 4897

ƏRRAN(ARAN) AZƏRBAYCANIN BİR VİLAYƏTİDİR (2)

-
Azerbaijan Servisi/Aran Agentliyi

Səməd Sərdarniya
Xülasə:
Aran Azərbaycanın bir hissəsidir.bu, yalnız "Burhani-Qate"adlı kitabda qeyd edilməyib, bəlkə başqa mötəbər lüğət kitablarında da qeyd edilib.Əllamə Dehxuda, öz lüğət kitabında mötəbər tarixi kitablara istinad edərək, Aran haqqında yazıb:-"Azərbaycanın bir bölgəsidir."Seyid Məhəmmədəli Daiyül-İslam, "Nizam"adlı lüğət kitabında "Beyləqan" fəslində yazıb: “Azərbaycan əyalətinin bir ərazisidir.” Mirzə Mehdixan Əstərabadi, "Səngilax"adlı lüğət kitabında yazıb:“Ərran, Qarabağ mahalına deyilir.” Bütün tədqiqatçıların təsdiq etdiyi başqa mötəbər mənbələrdə yalnız Aran haqqında məlumatlar qeyd edilməyib, bəlkə Arazın şimali torpaqların Azərbaycan ərazisi olduğu da qeyd edilib. Məhəmmədəli Tərbiyət “Azərbaycan Alimləri”adlı təzkirəsində onlarla şair və alimin adını qeyd etmişdir.bunlar Ordubad, Naxçivan, Gəncə, Şirvan, İrəvan, Şamaxı, Dərbənd, Qarabağ, Bakı və Bərdə sakinləri idi.bu təzkirə sübut edir ki, Arazın şimalindəki ərazi Azərbaycan adlanmışdır.
Cənab Məhəmməd Rza Quluzadədən minnətdarıq olunmalıdır.buna görə ki, şimali qonşu ölkə və millətin tarixi adını(dünya və beynəlxalq cəmiyyətlər bu ölkənin varlığını elə bu tarixi adla rəsmiyyətə tanıyıblar)sual altına aparmaqla məqsədi, Arazın şimalində yaşayan bacı-qardaşları ilə düşmənçilik deyil. 
O, "Bürhani- Qate"adlı kitabı tənqid edərək, burada yazılanlara şübə edib, halbuki bu dəyərli əsərdə Ərran(Aran)haqqında yazılıb:- “Ərran, Azərbaycanın bir vilayətidir.” Bu cümlənin ardında yazılmış sözlər bu həqiqəti bir daha sübut edir.8-ci(hicri) əsrdə Tunis ölkəsindən olan dahi alim, Əbdürrəhman- ibni-Xəldun öz dəyərli əsərində"İbni-Xəldun" yazıb:-“... şərq cəhətində olan son bölgə Azərbaycan Əyalətidir.bu ölkənin şəhərlərindən Təbriz və Beyləqanı söyləmək olar.”*
 Seyid Məhəmmədəli Daiyül-İslam"Nizam"adlı lüğət kitabında"Beyləqan"fəslində yazıb:- “Azərbaycan əyalətinin bir ərazisidir.”1
Aran Azərbaycanın bir hissəsidir.bu, yalnız "Burhani-Qate"adlı kitabda qeyd edilməyib, bəlkə başqa mötəbər lüğət kitablarında da qeyd edilib.Əllamə Dehxuda, öz lüğət kitabında mötəbər tarixi kitablara istinad edərək, Aran haqqında yazıb:-"Azərbaycanın bir bölgəsidir".2
Mirzə Mehdixan Əstərabadi "Səngilax" kitabında yazıb:“Ərran, Qarabağ mahalına deyilir.”3
"Anındrac"adlı lüğət kitabında yazılıb: “Aran, Azərbaycanın vilayətlərindəndir.”4
"Ğiyasül-lüğat"adlı kitabda oxuyuruq:“Aran ərazisi , Azərbaycanın vilayətlərindəndir.”5
Nəfisi lüğət kitabında qeyd etmişdir:"Aran, Azərbaycanda bir vilayətdir".6
Seyid Məhəmmədəli Daiyül-islamın, "Nizam"adlı lüğət kitabı ilk dəfə 1926-ci ildə Hindistanda nəşr olundu və 1983-cü ildə Tehranda nəşr edildi:-“ Ərran, İran Azərbaycanının bir vilayətdir.”
Bu kitabda, Şirvan şəhəri haqqında(Azərbaycan vilayətlərindən olan Şirvan vilayətinin şəhərlərindədir) yazmışdır:“Şirvan, İranın Azərbaycan əyalətində olan şəhərlərindəndir.buraya Şirvan da deyilir.”
Bunlar Aran haqqında olan mötəbər və dəyərli lüğət kitabların hissəsiləridir ki, Azərbaycanın bir vilayəti Aran olduğunu aydın şəkildə qeyd olunub.bu həqiqəti, böyük Əllamə Mirzə Məhəmmədxan Gəzvini, öz yazılarında da qeyd edib:
“Aranın adı dəfələrlə dəyişilərək, Qarabağ oldu.”7
Bütün tədqiqatçıların təsdiq etdiyi başqa mötəbər mənbələrdə yalnız Aran haqqında məlumatlar qeyd edilməyib, bəlkə Arazın şimali torpaqların Azərbaycan ərazisi olduğu da qeyd edilib. Məhəmməd Bələminin tərcüməsi olan “Tarix Təbəri” adlı kitabın 335-ci səhifəsində yazıb:-“Rəvayətdə gəlib ki, Ömər bin Xittab ... Azərbaycana göndərdi. Orada əcəm atəşgahları mövcud idi. Xalq onları sitayiş edirdir. Həmədən oranın sərhədidir.Əbhər və Zəncan və sonu Dərbəndi- Xızrana çatır.bu məsafədə olan bütün şəhərlər Azərabadeqandır, ərəblər ona "Bab"ərazisi deyirlər.” 
Bu tarixi sənəd sübut edir ki, Həmədan və Dərbənd-indiki Dağıstan ərazisi- şəhərlərin arasında olan ərazi, Azərbaycan adlanırdı.
Daha əski dövrə aid olan tarixi mənbələrdən biri, “İbni- Əsir”in əsəridir.bu əsər, Araz çayın şimali Fəzl (Fəzlün Şəddadi)lərin hakimiyyəti haqqındadır. Professor Minorski bu haqqda yazıb:“Tarixdə lazımı qədər araşdırılmamış, nadir İslami sülalələrdən biri də Şəddadi xanədanıdır.Şərqi qəfqazda, Kür və Araz çayları arasındakı ərazilərdə hökümət etmişdirlər... fikrimcə bu sülalə on nəfər Kürdən ibarət idi və Paytaxtları Devin(debil)idi. 951-ci ildən 1075-ci ilə qədər hökümət etmişdirlər.bu hakimiyyət 128 il davam etmişdir.”8
Bütün tədqiqatçılar tərəfindən qəbul edilmiş İbn əl-Əsir, "Fəzlünün" şahlığı haqqında yazıb:
“ Fəzlünün mənşəyi kürd idi və Azərbaycanın bir hissəsinə hakim idi və buranı öz ərazisinə çevirmişdir.”
Bu tarixi mənbədə göstərilir ki, o tarixdə, yəni 1013-cü ildə Devin(debil), Gəncə və s.Araz çayının şimali ərazisi, Azərbaycanın bir hissəsi hesab edilib.
4-cü (hicri) əsrin birinci yarısında yaşayan Məsudi, “Azərbaycanın Aranı”qeyd edib və Ərəb mətnində “Ərran min biladi Azərbaycan” yazılıb.
Yaqut Həməvi, Azərbaycanın sərhədlər haqqında yazıb:-“Azərbaycan ərazisi, şərqdən Bərdə şəhərinə, qərbdə Zəncana qədər uzanmışdır və şimal sərhədəri, Deyləm, Cəbəl və Tarum şəhərləridir.”9
Cənab Quluzadə, "Rəyazüs-Səyahə"adlı kitabın Azərbaycan mövzusunda yazılan fikirləri istədiyi kimi izah edib, halbuki hac Zeynəlabəddin Şirvani, başqa kitabında,"Bostanüs-Səyahə", aydın şəkildə yazıb:-“Gəncə, Ərranın şəhərlərindən və Azərbaycanın ərazisindəndir... Ərran sözü türk dilində isti yer (qışlaq) mənasındadır və bu bölgə qonşu ərazilərə nisbətən isti olduğuna görə türklər bu əraziyə Ərran adı vermişdilər... Kür və Araz çaylarının arasında yerləşib.”
Z.Şirvani, Qarabağ bölgəsi haqqında belə yazmışdır:- “Qarabağ, Azərbaycanın şəhərlərindəndir və cənnətə bənzər yerdir.orada hər şey bolluqdur. Milləti türkdilli və məzhəbləri imamiyədir.”10
Cənab Quluzadə, Azərbaycanda 4 xanlığın olmasına şübhə edir, ancaq xatırlatmalıyam ki, şah İsmayıl Səfəvi mütəfiq İranı yaratdı,Təbriz paytaxt olmasına baxmayaraq, Azərbaycanda 4 xanlıq var idi.o cümlədən Təbriz, Şirvan, Qarabağ və Çuxursəd idi. bu xanlıqlar Nadir şah Əfşar hakimiyyəti dövründə ləğv edildi və vahid Azərbaycan yarandı.bu haqqda Mirzə Mehdixan Əstərabadinin yazısı daha dəqiqdir.bu mənbədə həm Azərbaycanın sərhədləri, həm də valisini aydın şəkildə qeyd edilib:-“Azərbaycanın tamm ixtiyaratı Zəhirüddövlə İbrahımxan, şahın qardaşına vermişdir.Azərbaycan vilayətlərinin hakimləri, xanlıqları, Qaplankuhdan Arpaçaya qədər Dağıstan və Gürcüstan ərazisinə kimi ona tabe idi.”
Bu haqqda professor Vaqif Piriyev yazır :
“Nadir şah, səfəvilər dövründə olan Azərbaycan xanlıqlarına, Qarabağ, Çuxursəd, Şirvan və Təbriz, son qoydu və vahid Azərbaycan təşkil etdi.Bu əyalətin mərkəzi Təbriz və oranın hakimi qardaşı İbrahım idi.Bu tədbirlər Azərbaycanın tarixi-səyasi coğrafiya nöqteyi-nəzərdən müsbət addımlar sayılır, ancaq sonralar onun dövründə baş vermiş hadisələr, Azərbaycanın parçalanmasına səbəb oldu. Nadir şahın hakimiyyətinin orta çağlarında Azərbaycanın müəyyən hissəsi Gürcüstana verildi. 1743-cü ildə Kaxtiya hakimi Təhmures(Muras), qondarma Sam Mirzənin qiyamını yatırdığı üçün Nadir şah onu mükafatlandırdı.belə ki, Karteli ərazisində olan Araqo mahallını, Borçalı və Qazaxın hakimiyyətini-ondan əvvəl Gəncə xanlığı tərəfindən idarə edilmişdir-ona bağışlamışdır.
18-ci əsrin ikinci yarısında Qazaxda xanlıq yarandı.indiyə kimi "Borçalı" Kaxetiyanın hissəsidir.
18-ci əsrin ikinci yarısında Azərbaycanın ərazisi, Səfəvilər dövrünə görə elə dəyişilməmişdir; Səfəvilər dövründə Azərbaycanın sahəsi 400 min km-dır.Nadır şah dövründə bu ərazi 380min km2 -dır.18-ci əsrin sonu və 19-cu əsrin ilk on illində Azərbaycan ərazisində 20 xanlıq, 5 sültanlıq və 5 məliklik fəaliyyət etmişdir.”11
1151-ci (h.q)ildə Dağıstanda İbrahımxanın qətlindən sonra, Əmir Aslan Qırıxlı, əfşar şahının bibisi oğlu, Azərbaycanın hökmranlığına təyin olundu və Təbrizə gəldi. Sveçrəli yazıçı Dr. Lavrens Lakhart, “Səfəvilər Sülaləsinin Məhvi”kitabında yazıb: “Maraqlıdır, 1724-cü ildə Azərbaycanın Qarabağ və Gəncə xristiyanlarının nümayəndələri və şiə cəmiyyəti, sənəd imzalayıb və Pyotra göndərdilər.türklərin (osmanlılar) qarşısında müqavimət edəcəklərinə söz verdilər.”12
Rene Qruse “Köçərilər İmperiyası”adlı kitabında yazıb:“ Əmir Teymur Azərbaycanın şimalində Qarabağ vilayətinə getmişdir.1386-87-ci ilin qışını orada qalmışdır.1387-ci ilin yazında orada olarkən Toğtamış Dərbənddən keçmiş və birbaşa Qarabağa hücum etmişdir”13
Din alimlərin fitvalarında Arazın şimali vilayətləri, aydın şəkildə Azərbaycan adlanmışdır və onların bəziləri bu vilayətləri, İslam şəhərləri və s. adlandırmışdılar; ancaq fitvaların heç birində bu vilayətlər "Aran" ya "Ərran" adlanmayıb.
Burada elə mənbələrə diqqət yetirək ki, Arazın şimali ərazisini Azərbaycan adlandırıblar. Məhəmmədcəfər Xurmuci “Qacar Tarixi” adlı kitabında, Ağa Məhəmməd xan Qacarın Şuşa qalasının fəthi haqqında yazıb:-“II Yekaterina Rusiyanın şahənşahı dünyasını dəyişdi və Rus ordusu ölkəsinə qayıtdı və şəhid şahımız Ağa Məhəmmədxan, Şuşa qalasını fəth etmək üçün Azərbaycana yollandı.”14
Fars dilindən ingilis dilinə tərcümə olunmuş “İran tarixi Qacar səltənəti altında”adlı kitabında, Qacar elinin mühacirəti haqqında yazıb: “Əmir Teymur Qurkanlı, Suriyəni fəth edən zaman əmir etdi ki, Qacar eli Suriyədən Türküstana köçsün; ancaq onlar Azərbaycana çatanda, Gəncə və İrəvan şəhərlərində sakinləşdilər.”15
Mirzə Məhəmmədhəsən Fani Zunuzi “Rəyazül-Cənnət” adlı əsərini 1218-ci (h.q) ildə yazmışdır.bu əsər İslam dünyasının və bir çox xristiyan ölkələrinin ilk ensiklopediyasıdır. Mirzə Məhəmmədhəsən Fani Zunuzi, Fətəli xan Səba ilə bir əsrdə yaşamışdır.-“Səba Təbrizlidir... onu Təbrizdə Ağa Fətəli adı ilə tanıyırlar. Azərbaycanın Şuşa qalasında Məhəmməd şahı öldürdülər və Fətəli şah hakim oldu, Səba Azərbaycanda idi ...” 16
Mahmud Mirzə Qacar 1240-ci (h.q)ildə “Səfinətül-Məhmud”adlı kitabında yazıb:-“Azərbaycan məmləkəti və onun vilayətləri:Qızıl üzən çayından başlanıb Gürcüstana qədər uzanıb.bir tərəfdən də Ərzənərrum və Dərbəndi əhatə edib.Ən böyük şəhəri Təbrizdir.məşhur şəhər və qəsəbələri bunlardan ibarətdir:
Ərdəbil, Əhər, Meşkin, Sərab, Xalxal, Təbriz, Mərənd, Ordubad, Savcabulaq, Səlmas, Xoy, Naxçıvan, Gəncə, Şəki, Qarabağ, Şirvan, Dərbənd, Quba, Bakı, Talış, Beyləqan, Urmu, Sayınqala, Həmədan. Bu ərazilərin xalqı sədaqətli və türkdillidilər.” 17
Arazın şimali ərazisini Azərbaycan adı ilə tanıyan mənbələrin sayı olduqca çoxdur, ancaq bunların hamısını yazmaq mümkün deyil.yazdığım bu faktlar olduqca aydın və yetərlidir.bundan artıq fakta ehtiyac yoxdur.bu millətin tarixinə və ədəbiyyatına aid kitablara da toxunmaq lazımdır.
Məhəmmədəli Tərbiyət “Azərbaycan Alimləri”adlı təzkirəsində onlarla şair və alimin adını qeyd etmişdir.bunlar Ordubad, Naxçivan, Gəncə, Şirvan, İrəvan, Şamaxı, Dərbənd, Qarabağ, Bakı və Bərdə sakinləri idi.bu təzkirə sübut edir ki, Arazın şimali vilayətləri, Azərbaycan adlandırılmışdır.
Professor Budaqov, 1870-ci ildə Petersburqda Xəzər ətrafı və cənubi Qafqazdakı millətlərin dillərini öyrədilməsi haqqında olan kitabın adını, “Azərbaycan ləhcəsini praktik şəkildə öyrədilməsi” adlandırmışdır.(bu əsərin adı Azərbaycan ensiklopediyasında, Budaqov maddəsi altında; Azərbaycan, Türk və Tatar ləhcələrinin praktik öyrədilməsi, nəşr taixi 1857)"Moskvanın Lazarov" adına institutun professoru, Mixail Lazarov, “Türk ədəbiyatın antolopiyası” əsərində, cənubi qafqaz türklərini Azərbaycan türkləri adlandırıb.
Mirzə kazım bəy (1870-ci il Petersburq) "Qazan" və "Petersburq" universitetlərinin fars və ərəb ədəbiyyatı müəllimi və Bartoldun dediyinə görə, Rusiyada şərqşünaslıq akademiyasının banilərindən və Sədi Şirazinin "Gülüstan" əsərini Rus dilinə ilk tərcüməçisi idi, “Türk dillərinin Tətbiqi Qramatikası” əsərində Azərbaycan türk dilini iki ləhcəyə bölmüşdür.(cənubi Azərbaycan və şimali Azərbaycan ləhcələri).bu əsər (1846-cı ildə Qazan universitetinin təşəbbüsü ilə nəşr olundu)
Adolf Berqe, Qafqazın türkdilli şairlərini bir kitaba toplayaraq, 1847-ci ildə “Azərbaycan Şairlərin Şerləri” adı altında Leypzik şəhərində nəşr etmişdir.
Şair Abbas ağa "Rüstəm və Söhrab"adlı əsərin Türk dilinə təcümə edilmiş cildinin üzərində yazmışdır ki, “Fars dilindən Azərbaycan türkçəsinə tərcümə olub.” Və s.
Hörmətli Quluzadə, Fətəli şahın Fransa İmperatoruna "Napoleon"a göndərdiyi məktuba işarə edir və orada olan “Ərmən”sözünü İrəvan bilib, halbuki mənbələrin çoxunda, Azərbaycanın şəhərlərindən biri İrəvandır və bu tarixi şəhər, Azərbaycanın xanlığı olan "Çuxursəd" vilayətinin mərkəzi olmuşdur. Bu haqqda “İrəvan, Müsəlman Bir Vilayət İdi”18 adlı 250 səhifəlik kitabda məlumat var.kitabın 28-ci fəslində, bu ərazinin yaranma tarixindən başlayaraq, 1918-ci ilə qədər araşdırılıb və bu həqiqət təsvir edilir ki, müsəlman şəhəri olan İrəvan "Çuxursəd" vilayətinin mərkəzi idi, Ancaq 1918-ci ilin Yanvarında erməni daşnakları Aram Manokiyanın başçılıqı ilə bu şəhərə hücum etmişdilər və 211 kəndi dağıdılaraq, 300 min nəfər müsəlmanı qətlə yetirmişdilər, 28 May 1918-ci ildə minlər müsəlmanın qanlı cəsədi üzərində, Ermənistan respublikası bərpa olundu.
Qeydiyyat:
*İbni xəldunun müqəddiməsi – fars dilinə tərcüməçi: Pərvin Qunabadi
  1. Nizam lüğət kitabı(I) – 802-ci səh.
  2. Dehxuda lüğət kitabı (I) – səh. 1369
  3. MirzəMehdixan Əstərabadi – sənglax
  4. anındrac – mükəmməl fars lüğəti – yazıçı : Məhəmmə padişah
  5. Ğiyasülluğat – toplayan : Ğiyasüddin... 1242-ci (h.q) il
  6. Nəfisi lüğət kitabı – Əliəkbər Nəfisi nazimülhükəma
  7. Qəzvinin qeydiyyatı (II) – səh.40
  8. Minorski – qafqaz tarixində tədqiqat – tərc. Möhsün Xadim – səh.11və 3
  9. Möcəmül bəldan – səh.260
  10. hac Zeynəlabidin Şirvani – bostanüssəyahə - səh. 420, 64, 481
  11. Azərbaycanın tarixi coğrafiyası – səh. 88 – Bakı – Azər nəşriyyatı2002
  12. səfəvilər sülaləsinin inqirazı – tarc. Doktor İsmayıl Dövlətşahi – səh.310
  13. köcərilər imperiyası – tərc. Əbdülhüseyin Meykədə - 1989 il – səf.722
  14. qacar tarixi (həqayiquləxbari nasiri) – Məhəmməd cəfər Xormucu- səf. 9
  15. qacar sültəsində İran tarixi (History of Persia under Gajars)
  16. Məhəmmədəli Süfvət – dostlar nağılı – səf. 20
  17. səfinətül məhmud – Təbriz - ədəbiyyat fakkultəsi – səf. 655
18. Rəhim Rəisniya – Azərbaycan, tarix seyrində - səf. 83

  • Yazılıb
  • da (də) 2008 May 28