Şeyx Məhəmməd Xiyabaninin şəhid olmasının 100 illik yubileyi münasibəti ilə tədbir Şəbistər şəhərində keçirilir.
AranNews- tədbirin elmi katibi Mənijə Sədri bu tədbir barəsində deyib: Bu tədbir Şeyx Məhəmməd Xiyabaninin şəhid olmasının 100 illiyi ilə əlaqədar keçirilir.
Bu tədbirin keçirilməsində məqsədi İranın Məşrutə, Məşrutədən sonrakı dövrdə müasir tarixinin bir hissəsi, eləcə də ictimai mübarizələr tarixinin araşdırılması adlandıran Sədri əlavə edib: Bu tədbir eyni zamanda yerli tarixə də nəzər salacaq.
Sədrinin sözlərinə görə, bu ilk dəfədir ki, Universitet və bölgədə belə tədbi keçirilir.
O tədbirin katibliyinə göndərilən məqalələr barəsində deyib: 50-dən çox məqalənin ixtisarını almışıq. Azərbaycan alimlərinin İranda milli həmrəylik və birliyindəki rolu, Şeyx Məhəmməd Xiyabaninin Məşrutə dövründəki zülmə qarşı mübarizələri, Şeyx Məhəmməd Xiyabaninin qiyamının təhrif olunması və mənbələrin tanınması tədbirin məqsədlərindəndir.
1920-ci il 6 apreldə Şeyx Məhəmməd Xiyabani Təbrizdə Vüsuqud-Dövlə hökumətinə qarşı silahlı qiyama başladı.
Şeyx Məhəmməd Xiyabani Qacarlar hökumətinin son dövründə ölkənin müxtəlif bölgələrində müstəmləkəçilik və zülmə qarşı mübarizə aparan şəxslərdən idi.