Tarix : 2016 May 26
Kod 48973

Vladimir Putinin işə düşən yeni QARABAĞ PLANI

Vladimir Putinin işə düşən yeni“Qarabağın Azərbaycana qaytarılması planı Rusiya prezidenti Vladimir Putinin otağında hazırlanıb”.
AranNews- Ermənistanın “Lragir” saytı bu barədə yazıb. Məqalədə bildirilir ki, Rusiya ABŞ-ın Cənubi Qafqazda öz təsirini artırmağa başladığını hiss edən kimi, bu ssenarini işə saldı: “Moskva üçüncü gücün – ABŞ-ın regiona daxil olduğunu görür.
Xüsusilə NATO-nun regionda genişlənməsi artıq şübhəsizdir. Belə bir vaxtda Qarabağ münaqişəsi onun üçün əsas qalxan ola bilər. Ermənistanın Rusiya layihələrində yer almasının nəticələrini indi görürük. Çünki İrəvan faktiki olaraq rusların istənilən tələbinə qarşı dura bilmir. ABŞ-ın regionda gücləndiyini hiss edən Moskva nəsə etmək üçün tələsdilər və onlar Azərbaycanı itirməmək üçün Qarabağ məsələsini ortaya atdılar”. Məqalədə vurğulanır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün plan hazırlayıb: “Və bu plan üzərində Rusiya prezidentinin otağında işlənilib. Bu gün Ermənistan məğlub tərəfdir və Rusiyanın vassalı Qarabağı Azərbaycana güzəştə getməyə hazırlaşır”.
  • Yazılıb
  • da (də) 2016 May 26
  • Göndərən مدير سايت Aran News