Tarix : 2016 May 27
Kod 48977

Dağıstanda `Özünü hicabda gör` adlı aksiya keçirilib + FOTO

Dağıstanın paytaxtı Maxaçkala şəhərində yerli sakinlər və turistlər tərəfindən sevilən "Rodoskop" və "Lenin komsmolu"adlanan parkda görünməmiş aksiya keçirilib.
AranNews- Tədbirin təşkilatçılarının əsas məqsədi baş geyimlərinin (Hicab) təbliği olub. Hədəf auditoriyası hicab geyinməyən və dünyavi həyat tərzi sürən xanımların özlərini hicabda görməsi və baş örtükləri barədə məlumat almaları olub. Tədbirdə 200-dən çox xanım iştirak edib.
Tədbir iştirakçıları gördükləri mənzərədən pozitiv emosiyalara qapılıblar. Hətta, onlardan bəziləri özlərini hacbda görərək, sevincdən ağlayıblar. Daha sonra, fikirlərini tədbir təşkilatçıları ilə bölüşən xanımlar, hicab barəsində sualları onlara nvanlayıblar.
Xanımlardan bir çoxu əvvəllər özlərini hicabsız düşünsələr də, artıq hicab bağlayacaqlarını və hamının baş geyimlərdən istifadə etməsini istəyiblər. 
İştirakçılar arasında elələridə tapılıb ki, elə tədbir zamanı hicaba keçərək, mağaza tərəfindən pay verilən baş örtüyü ilə evlərinə yollanıblar.










  • Yazılıb
  • da (də) 2016 May 27
  • Göndərən مدير سايت Aran News