Tarix : 2016 May 27
Kod 48979

(QMİ) sədri dindarlara NOTA verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Ramazan ayı ilə bağlı məzhəb ayrı-seçkiliyi salınmasından narahat olduğunu bildirib və dindarlara bununla bağlı xəbərdarlıq edib.
AranNews- Allahşükür Paşazadə QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, idarənin vahid təqvimi var.
Bu, rəsədxana ilə birgə hazırlanıb, hamı eyni təqvimdən istifadə etməli, ayrı-seçkiliyə yol verilməməlidir. Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr kənardan düzgün olmayan təqvimlər gətirir:
“Bu, təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidir”. QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışır: “Bunlara imkan vermək olmaz. Məsələn, iyulun 6-sı bayramdırsa, bütün sünni və şiələr eyni gündə bayram namazı qılacaqlar. Başqa cür ola bilməz”.A. Paşazadə deyib ki, Ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.
  • Yazılıb
  • da (də) 2016 May 27
  • Göndərən مدير سايت Aran News