Tarix : 2016 May 27
Kod 48981

Ermənistanın Qarabağla bağlı yeni şərti

Edvard Nalbadyan: Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil.
AranNews- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün işçi sənədlərdə Dağlıq Qarabağın danışıqlar tərəfi olmalı olduğu barədə maddə var.
bunu Ermənistan xarici işlər naziri Edvard Nalbadyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil. Nazir tezliklə Azərbaycanla imzalanması üçün hazır sənədin olmadığını da qeyd edib: 
Danışıqların bərpası üçün şərait olmalıdır. Əgər bu şərait və monitorinq imkanı yaradılsa, onda bu danışıqlara başlamaq olar. Hazırda məhz bu istiqamətdə səylər göstərilir. Ola bilsin ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə Vyana görüşündə əldə olunan razılaşmaların tam həyata keçirilməsi məsələsi müzakirə edilsin. Bu, sonradan danışıqların növbəti mərhələsinə yol aça bilər”. /Politika.Az/
  • Yazılıb
  • da (də) 2016 May 27
  • Göndərən مدير سايت Aran News