Azərbaycanda dərman preparatlarının paylanması və istehsalının birinci fazası üzrə İranla imzalanmış müqavilənin yeni mərhələsi icra olunacaq.
AranNews- İranın Sosial Müdafiə Təşkilatının (SMT) İdarə Heyətinin sədri və İranın Dərman Sənayesi sindikatının sədri Abbas Kebriyayizadə bu məsəliyə aydinliq gətirib.
A. Kebriyayizadə bildirilib ki, Bakıda SMT dərman yayımı şöbəsi fəaliyyət göstərəcək: “Ötən həftə İranın “Darupəxş” (Dərman yayımı) şirkətinin Bakı nümayəndəliyinin müdiri təyin olunub. Tezliklə Bakıda dərman istehsalı zavodunun tikilməsi üçün torpaq sahəsi ayrılacaq və müqaviləyə əsasən, biz işi dərmanların qablaşdırılması ilə başlayacağıq. Yaxın vaxtlarda istehsala da start veriləcək”.
Kebriyayizadə İranla Rusiyada arasında da dərman istehsalına dair müqavilə imzalandığını xatırladıb. “Əvvəlcə bu ölkədə iki adda dərmanın istehsalına başlanılacaq. İlin sonunadək Rusiyada istehsal olunacaq dərmanların sayı 4-ə çatdırılacaq” – deyə o bildirib.