İraq qırıcı təyyarələrinin İŞİD terrorçularının mövqelərinə hücumunda çoxlu sayda terrorçu öldürülüb.
Arannews-İraq qırıcı təyyarələrinin əl-ənbar vilayətinin qərbində İŞİD terrorçularının mövqelərinə hücumunda çoxlu sayda terrorçu öldürülüb.
İraq qırıcı təyyarələri əl-Anbar vilayətinin əl-Qaim şəhərində İŞİD terror qruplaşmasının bir bazasına hücum edib. Nəticədə ən azı 100 terrorçu, o cümldəən bu qruplaşmanın bir neçə komandiri öldürülüb.
İŞİD terrorçuları əksəriyyəti qadın və uşaq olan təxminən 400 İraq ailəsini Fəllucə və əl-Kərmə əhəri arasında əl-Buudə kəndində mühasirəyə alıblar.
Fəllucənin terrorçulardan azad olunması əməliyyatı 23 mayda İraq baş naziri Heydər əl-İbadinin fərmanı ilə başlanıb.
İraq ordusu, könüllü qüvvələr və köçərilər Fəllucənin azadlığı əməliyyatında iştirak edirlər.
İraq qüvvələri könüllü qüvvələrin dəstəyi ilə əl-Kərmə şəhəri və Fəllucə şəhərinə bağlı bir neçə bölgəni İŞİD-in işğalından azad edib və bu şəhərin mühasirəsini daha da kiçildiblər.