Bəhreyn vətəndaşları həmçinin ruhanilərin siyasi səbəblərə görə hədəfə alınmaları və onlara qarşı ağır hökmlərin çıxarılmasını pisləyiblər.
Arannews- Bəhreyn xalqı Şeyx Əli Salmanı himayə aksiyası keçirib.Bəhreyn vətəndaşları bu ölkənin Milli Birlik İslami Cəmiyyətinin baş katibi ilə həmrəylik elan etmək üçün bir daha aksiya keçirib.
cümə namazından keçirilən bu aksiyada Ali-Xəlifə rejiminə etiraz edənlər siyasi məhbusların azad edilməsi və vətəndaşlar əleyhinə ayrı-seçkiliyin aradan götürülməsini vurğulayıblar.
Bəhreyn vətəndaşları həmçinin ruhanilərin siyasi səbəblərə görə hədəfə alınmaları və onlara qarşı ağır hökmlərin çıxarılmasını pisləyiblər.
Bəhreyn Milli Birlik İslami Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın appelyasiya məhkəməsi bu ilin 12 aprelində keçirildi və məhkəmə qəti hökmün verilməsini mayın 30-a saxladı.
Ali-Xəlifə rejimi 2015-ci ilin iyununda Şeyx Əli Salmanı hakim rejimin dəyişdirilməsi üçün xalqı təhrik etmək ittihamı ilə 4 il həbsə məhkum etdi.
Bəhreyn 2011-ci ildən xalqın Ali-Xəlifə rejiminə qarşı inqilabı səhnəsidir.
Xalq öz ölkəsində azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir.
Bəhreyn rejimi etirazlar şöləsini söndürmək üçün müxalifət başçılarından bir çoxunu həbs və saxta işlər düzəltməklə onları uzunmüddətli həbslərə məhkum edibdir.