Gürcü politoloq: ABŞ bu gün Qarabağ münaqişəsinin nizama salınması prosesində təşəbbüsü Rusiyadan alır. Vyanada prezidentlərin görüşü bu planda imkanlar üçün açılan pəncərə idi.
AranNews, xəbər verir ki, bu barədə gürcü politoloq Qela Vasadze deyib.
Onun sözlərinə görə, Vyana görüşü çox əhəmiyyətli idi: “İlk növbədə amerikalıların prosesə tamamilə qoşulması baxımından əhəmiyyətli idi. Hesab edirəm ki, onlar münaqişənin nizama salınmasında hər şeyi edəcəklər. Bu tarixi şansdır. Təbii ki, hazırki proses nizama salınma deyil, sadəcə olaraq imkanlar üçün yeni pəncərədir. Bu prosesdə amerikalılar təşəbbüsü Rusiyadan almaq istəyir və bunun özü nizama salınma prosesinin aktivləşdirilməsinə imkanlar yaradır”.
Gürcü politoloq hesab edir ki, Rusiyanın siyasəti amerikalıları prosesə müdaxilə etməyə məcbur etdi: “Artıq Rusiya tərəfdaş deyil və bu ölkə problemlər yaradır. Bu məsələnin obyektiv tərəfidir. Subyektiv tərəfi isə Obamanın tarixə düşmək istəyi ilə bağlıdır”. /Faktinfo.az/