Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, Hüseyniyyə Məscidinin axundu Hacı Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AranNews, xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq həbs qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilib. /Politika.Az/