Tarix : 2016 May 28
Kod 48990

Suriyalı uşaqlar aclıq nəticəsində həyatlarını itirə bilərlər

əgər Suriyada müharibə bölgələri və mühasirədə olan ərazilərə tezliklə humanitar yardımlar göndərilməzsə, gələn həftə və aylarda çoxlu sayda sivil, o cümlədən uşaqlar aclıq nəticəsində həyatlarını itirə bilərlər.
Arannews- BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Aclıq minlərlə suriyalı uşağın həyatını ciddi şəkildə hədələyir.
Stefan De Mistura Cenevrədə jurnalistlər qarşısında xəbərdarlıq edib ki, əgər Suriyada müharibə bölgələri və mühasirədə olan ərazilərə tezliklə humanitar yardımlar göndərilməzsə, gələn həftə və aylarda çoxlu sayda sivil, o cümlədən uşaqlar aclıq nəticəsində həyatlarını itirə bilərlər.
De Mistura bildirib: Ha-hazırda Suriyada aclıq nəticəsində ölümlə üzləşən çoxlu sayda sivil vardır.
BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi həmçinin İdlibin şimalında terror qruplaşmalarının mühasirəsində olan Kəfərya və əl-Fəvaədə acınacaqlı vəziyyətdən nigaranlıq edib.


  • Yazılıb
  • da (də) 2016 May 28
  • Göndərən مدير سايت Aran News