Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda iyun ayında Bakıda planlaşdırılan görüşü ertələnib.
AranNews, diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycan, Rusiya və İran dövlət başçıları Həsən Ruhani, Vladimir Putin və İlham Əliyev arasında görüş iyun ayının ikinci ongünlüyünə planlaşdırılsa da, son anda bu görüşün tarixi dəyişdirilərək başqa vaxta keçirilib.
Mənbənin sözlərinə görə,əvvəlcə bu üçtərəfli formatda görüş Formula-1 yarışlarından bir neçə gün öncəyə planlaşdırılırdı. Ancaq son anda bu görüşün vaxtı dəyişdirilib. Mənbə deyib ki, görüşün iyulun sonu avqusta keçrilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, dövlət başçılarının Bakıda üçtərəfli formatda keçiriləcək görüşü Azərbaycan, Rusiya və İran Xin başçılarının Mazandaranda Ramsər şəhərindəki görüşündə razılığa gəlinib. Dövlət başçılarının bu görüşündə regional əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər müzakirə olunacaq. /musavat.com/