Rusiyanın Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Ermənistana gedəcək.
AranNews, xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin söyləyib. Onun sözlərinə görə, səfər iyunun 7-də başlayıb, 8-nə qədər davam edəcək.
O, Patruşevin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının liderlərinin görüşündə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. /Politika.Az/