İran və azərbaycan arasında ziyarət, səyahət və sağlamlıq sahəsində əməkdaşlıq inkişaf etdirilir.
AranNews-un məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif potensiallar mövcuddur: “O cümlədən müştərək quru və dəniz sərhədlər var ki, bu iki ölkənin əlaqələrinin hazırda və gələcəkdə daha da yaxşı olmasına ümidi artırır. Dərman istehsalı zavodunun, eyni zamanda avtomobil istehsalı zavodunun tikilməsi, bütün texniki və tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxananın tikilməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, Xəzər dənizi sahəsində müştərək fəaliyyətlər İranın Azərbaycana etdiyi təkliflərdir”, - deyə M. Vaezi bildirib.
M. Vaezi əlavə edib ki, qeyd olunan təkliflər ötən bir il ərzində ekspertlər tərəfindən araşdırılıb: “Hər iki ölkənin ekspertləri lazımi araşdırmaları aparıblar, maneələr və üzləşə bilinəcək problemlər tapılıb və məsul şəxslərin görüşlərində müzakirəyə çıxarılıb. Hazırda təkliflərə baxılır”.