Ermənistan ordusunun əsgərləri üçün nəzərdə tutulan ləvazimatların, qida məhsulları və geyimlərin satıldığı ilə bağlı xəbərlər yayılıb.
AranNews, xəbər verir ki, “orer.am” saytının məlumatında orduya ayrılan yanacağın da oğurlanaraq satıldığı deyilir.
Hüquqşünas Qarik Qalikyan bildirib ki, Qarakənddə su daşıyan hərbi maşınların sürücüləri oğurluq benzinin bir çənini 8 min drama hərbiçilərdən aldıqlarını etiraf edirlər. İstənilən şəxs hərbi hissə komandanlığı ilə razılığa gələrək asanlıqla benzin, dizel yanacağı və maşın yağı əldə edə bilər.
“Bu yaxınlarda Ermənistan ordusunda yanacağın oğurlanaraq satılmasının qarşısı alınarkən qətl hadisəsi baş vermişdi. Belə ki, hərbi qulluqçu Hovhannes Petrosyan İcəvanın hərbi hissələrindən birində benzin oğurluğunun qarşısını alarkən qətlə yetirilimişdi.
Hovhannesin atası Vaçik Patrosyanın bildirdiyinə görə, oğlu zabitlərə benzin oğurlamağa icazə vermədiyindən, zabitlər onun başından güllə ilə vurublar. “Oğlum dəfələrlə bildirmişdi ki, zabitlər hərbi hissədən benzin oğurluğu edirlər. O da oğurluğun qarşısını almaq üçün bir neçə dəfə “kolonkanı” bağlayıb və nəticədə zabitlər benzini oğurlaya bilməyiblər. Biz bilirik ki, elə bu səbəbdən də onu qətlə yetiriblər”, – deyə Hovhannesin atası bildirib. Ermənistan ordusunda qida məhsulları və geyimlərin xarici ölkələrə satıldığı da məlumdur. Erməni zabitlər əsgərlərin hər şeyini oğurlayır”, – deyə erməni hüquqşünas bildirib. /Faktinfo.az/