Bu gün İslam dünyasında baş verən milli və dini oyanış İran İslam İnqilabı şəhidlərinin qanının bərəkətidir.
Arannews- Əhl-Beyt (ə) şiələrinin səkkizinci məsum imamı Həzrət İmam Rzanın (ə) müqəddəs Məşhəd şəhərində ziyarətgahının idarə heyətinin rəisi deyib: İran xalqının oyanışı və bəsirəti Aşura hərəkatının davamıdır Və bu gün İslam dünyasının oyanışı İran İslam İnqilabı şəhidlərinin qanının bərəkətidir.
Həzrət İmam Rzanın (ə) müqəddəs Məşhəd şəhərində ziyarətgahının idarə heyətinin rəisi əlavə etdi: Bu gün meydana gələn Həşd Əş-Şəbi kimi mübariz silahlı birləşmələr həmin İslam İnqilabı və Müqəddəs Müdafiə zamanı şəhid olan "bəsici"lərin (könüllülər) hərəkətinin davamıdır. Bu gün bu məsələ həm İraqda və həm də Yəməndə müşahidə edilir və bu həmin İslam sistemi strategiyasıdır.
Höccətul-İslam vəl-müslimin Seyid İbrahim Rəisi dedi: Bu gün İraq, Yəmən, Livan və Suriyada baş verənlər əsr möcizədir. Bu gün İslam aləmi və müsəlmanların öz həqiqi kimliklərini tapıb və dünya imperializminin qarşısında dayanıblar. Düşmənlər müsəlmanların İslami kimliklərini və oyanışlarını məhv edə bilmədikləri üçün boğaza yığılıblar.