Suriyanın BMT-dəki nümayəndəsi: Suriya dövləti siyasi prosesin davam etdirilməsinə sadiqdir amma bəzi ölkələr bu prosesi məğlubiyyətə uğratmaq istəyirlər.
Arannews- Suriyanın BMT-dəkı nümayəndəsi bəzi qərb dövlətlərinin terrorçu qrupları dəstəkləyərək bu sahədə ikili siyasət yetirdiklərini pisləyib.
Bəşar Əl-Cəfəri BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında deyib: Qərb dövlətləri insan haqlarını müdafiə iddiasındadırlar hal bu ki, onların təşəbbüsləri bunun tam əksini sübut edir.
Cəfəri deyib: Bəzi dövlətlər Suriya xalqının hüquqlarını himayə etməyə meyilli olduqlarını nümayiş etdirirlər lakin reallıq bunun tam əksini göstərir, onların Suriyadakı terrorçulara dəstək vermələri artıq inkar edilməz fakta çevrilib.
Suriyanın BMT-dəki nümayəndəsi deyib: Bəzi ölkələr terroçu qrupları terrorçular siyahısına salmağa qarşı çıxırlar, ona görə ki, öz siyasi maraqlarını düşünürlər və onların sözü ilə əməlləri eyni deyil.
Cəfəri həmçinin Suriya dövlətinin Dəməşq ətrafında Dariya şəhərinə humanitar yardımların göndərilməsinə maneəçilik yaratmasına dayir yayılan bəzi məlumatları təkzib edərək deyib: Rəsmi Dəməşq BMT-yə öz humanitar yardımlarını bu şəhərə daxil etməsi üçün 19 dəfə icazə verib amma indiyədək sadəcə 3 dəfə bu şəhərə yardım yükü göndərilib.
Suriyanın BMT-dəki nümayəndəsi deyib: Suriya dövləti siyasi prosesin davam etdirilməsinə sadiqdir amma bəzi ölkələr bu prosesi məğlubiyyətə uğratmaq istəyirlər.