Tarix : 2016 May 29
Kod 49009

İraq ordusu və xalqınin terrorçulara qarşı əməliyatları davam edir

İraq ordusu və xalq qüvvələrinin Fəllucə şəhərində həyata keçirdiyi əməliyyatlar nəticəsində Əlbəudə, Əlzaviyə, Əlqontərə və Əlzərgəh kəndləri İŞİD terrorçularından tamamilə təmizlənib.
Arannews- İraq ordusu və xalq qüvvələri Fəllucə şəhərinə irəliləyişlərinin davamında bir neçə kəndi tamamilə terrorçuların nəzarətindən azad ediblər.
İraq ordusu və xalq qüvvələrinin Fəllucə şəhərində həyata keçirdiyi əməliyyatlar nəticəsində Əlbəudə, Əlzaviyə, Əlqontərə və Əlzərgəh kəndləri İŞİD terrorçularından tamamilə təmizlənib.
İraq qüvvələrinin Fəllucənin şimal qərb istiqamətinə, Əlsəqlaviyə şəhərinə doğru irəliləyişi davam edir.
İraq xalq səfərbər qüvvələrinin komandanlarından olan Sami Əlməsudi deyib: Xalq səfərbər qüvvələri Fəllucədə Əlkərəmə bölgəsində bütün mülki əhalini Bağdad əməliyyat komandanlığına təhvil verib və onlar didərginlər düşərgəsinə köçürüləcəklər.
İraqın mühacirət nazirliyi isə bildirib ki, Amiriyə və Fəllucənin ətrafındakı didərgin düşərgələrinə humanitar yardımlardan ibarət 22 yük maşını göndərilib.
Bağdadın qərbində təhlükəsizlik zolağı hesab olunan Əssəqlaviyyə, Əlkərəmə və Fəllucə 2014-cü ilin ortalarından tamamilə İŞİD terrorçularının nəzarətinə keçmişdir.


  • Yazılıb
  • da (də) 2016 May 29
  • Göndərən مدير سايت Aran News