BƏƏ təhlükəsizlik xidməti göstərən özəl bir şirkətlə müqavilə imzalayıb ki, bu şirkət Yəmənə muzdlu döyüşçülər göndərsin.
Arannews- Bİrləşmiş Ərəb Əmirliyi ilə təhlükəsizlik xidməti göstərən özəl bir şirkətlə 529 milyon dollar dəyərində müqavilə imzalayıb ki, bu şirkət Yəmənə muzdlu döyüşçülər göndərsin.
bu razılaşmanı BƏƏ Silahlı Qüvvələri tərəfindən ordu komandiri İsa Seyf Məhəmməd Əl-Məzruyi və Əbu-Dabidə ofisi olan Təhlükəsizlik idarəetmə müşvirə şirkəti olan “Reflex Responses” şirkətinin nümayəndəsi Maykl Romi imzalayıb.
Razılığa əsasən, bu şirkət Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyada Yəmən xalqına qarşı vuruşmaq üçün BƏƏ-yə muzdlu döyüşçülər təmin edəcək.
Ərəbistan bir sıra ərəb ölkəsi ilə birlikdə ötən ilin martından Yəmənə qarşı hərətərəfli hücumlara başlayıb. İndiyə qədər bu hücumlarda minlərlə nəfər şəhid olub və yaralanıb.