Tarix : 2016 May 29
Kod 49011

Sionist rejim yüzlər fələstinlini mühakiməsiz həbs edib

Hal-hazırda 7 mindən çox fələstinli sionist rejim həbsxanalarında saxlanılmaqdadır. Onlardan 450 nəfəri uşaq, 67 nəfəri qadın və 6 nəfəri Fələstin parlamentinin üzvüdür.
Arannews- Fələstinli əsirlər mərkəzi sionist rejim həbsxanalarında fələstinlilərin mühakiməsiz həbsinin artmasından xəbər verib.
fələstinli əsirlər mərkəzinin sözçüsü Riyaz Əl-Əşqər deyib: Sionist rejim cari miladi ilinin əvvəlindən 729 fələstinlini mühakiməsiz həbs edib.
Əl-Əqşər deyib: Statistikalar bu sahədə 35 faiz artım olduğunu göstərir.
İnformasiya mənbələri həmçinin sionist rejim həbsxanalarında fələstinli əsirlərin acınacaqlı durumu barədə xəbərdarlıq edib.
Sionist rejim həbsxana məmurları fələstinli əsirlərin müqavimət əhval-ruhiyyəsini sarsıtmaq üçün onlara fiziki və ruhi işgəncələr verirlər.
Hal-hazırda 7 mindən çox fələstinli sionist rejim həbsxanalarında saxlanılmaqdadır. Onlardan 450 nəfəri uşaq, 67 nəfəri qadın və 6 nəfəri Fələstin parlamentinin üzvüdür.
Sionist rejim hərbçiləri əsassız səbəblərlə İordan çayının qərb sahilinin müxtəlif bölgələri və Beytül-Müqəddəsdə fələstinliləri həbs edirlər.


  • Yazılıb
  • da (də) 2016 May 29
  • Göndərən مدير سايت Aran News