Tarix : 2016 May 29
Kod 49012

suriyalı miqrantların vəziyyəti haqda xəbərdarlıq

Təxminən 165 min nəfər Suriyanın şimalında Hələb şəhərində qarşıdurmaların davam etməsinə görə, öz ev-eşiyini tərk etmiş və acınacaqlı şəraitdə yaşayır.
Arannews-BMT-nin Qaçqınların məsələləri üzrə Ali Komissarlığı suriyalı miqrantların vəziyyəti barədə xəbərdarlıq edib.
BMT-nin Qaçqınların məsələləri üzrə Ali Komissarlığı şənbə günü bir bəyanatda bildirib: Təxminən 165 min nəfər Suriyanın şimalında Hələb şəhərində qarşıdurmaların davam etməsinə görə, öz ev-eşiyini tərk etmiş və Əəzaz şəhərinin ətrafında acınacaqlı şəraitdə yaşayır.
Ali Komissarlıq əlavə edib: Əəzaz şəhərinin ətrafına köç edən şəxslər içməli su, ərzaq maddələri və səhiyyə xidmətlərinə dərhal ehtiyaclıdır.

  • Yazılıb
  • da (də) 2016 May 29
  • Göndərən مدير سايت Aran News