Arannews- son illər onlarla Küveyt vətəndaşı İŞİD terror təşkilatın qoşulmaq Suriyaya üçün gedib. onlardan bir çoxu terror dəstələrinin başçısına çevriliblər, digərləri isə özlərini partladaraq terrorçu-kamikadze olublar.
İŞİD terror təşkilatının Küveyt və digər ölkələrdə gizli bazaları var, hansılar ki, təşkilat sıralarına üzv cəlb etməklə məşğuldurlar.
Üzv toplayanlar “yeni üzvləri” Türkiyə sərhəddindən Suriya ərazisinə çatdırılması üçün vasitəçilərin xidmətlərindən istifadə edirlər.
Suriyaya yenidən gələnlər isə “şəriət kursları” keçirlər. bu kurslar təkfirçi ideologiyası ilə “beyin yuyulmasına” bənzəyir.
Qeyd etmək lazımdır ki, son zamanlar Ərəb körfəzi ölkələrində bu ölkə cavanlarının İŞİD terror təşkilatına qoşulma təhlükələrinin olması haqda daha da çox bəyanatlar səslənir, xüsusən də bu ölkələrin Suriyadaki terror qruplaşmalarının maliyyələşdirilməsi və silahladırılmasında əlinin olduğu məlum olduqdan sonra bu açıqlamalar daha da çoğalıb.
Son bir neçə il ərzində bu ölkələrin bir çox KİV-ləri Suriyada zorakılıq və terrorizmə təhrik etmə ilə məşğul olublar.
daha əvvəllər İŞİD-ə qoşulmuş bir çox Küveyt vətəndaşlarının bəzisi vətənə geri dönürlər.
Onlardan bəzisi İŞİD-in əsil məqsədi məlum olduqdan sonra terror qruplaşması sıralarını tərk edərək geriyə qaçıblar.
Lakin qəzetə görə, onlar potensial təhlükə olmaqda qalırlar...