AranNews, xəbər verir ki, Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb ki, 25 gündən sonra dövlətlərarası Martuni-Vardenis-Sotk magistralının (M-11) 6,5-11,1-ci kilometrində əsaslı təmir işlərinə başlanılacaq.
Nazirlikdən bildiriblər ki, haqqında söhbət gedən yolun əsaslı təmiri 2016-cı ildə Dünya Bankının vəsaiti hesabına tikiləcək və əsaslı təmir olunacaq “həyati əhəmiyyətli yollar” siyahısına salınıb.
Xatırlatmaq lazimdir ki, həmin sahə strateji əhəmiyyət daşıyır və Ermənistanı işğal olunmuş Qarabağla birləşdirir. Onu da qeyd edək ki, bir azdan Azərbaycan Xarici İşlər Nazirliyinin bunula bağlı bəyanatını diqqətinizə çatdıracağıq. /RealnieNovosti.com/