İraqın Hit şəhərinə hücum edən ən azı 60 İŞİD terrorçusu hökumət qoşunları tərəfindən məhv edilib.
Arannews- İraqın Ənbar əyalətinin inzibati mərkəzi Rəmadidən 70 km. məsafədə yerləşən Hit şəhərinə hücum etmək istəyən ən azı 60 İŞİD terrorçusu hökumət qoşunları tərəfindən məhv edilib.
bu barədə regionda hərbi əməliyyatlar komandanlığı bəyanat yayıb.
”İraq ordusunun dəstələri İŞİD qruplaşmasının Hit şəhərinə hücumunun qarşısını alıb, ən azı 60 terrorçu zərərsizləşdirilib”, – deyə məlumatda bildirilir.